Bəzi bürclər üçün qarşıdakı günlər sevincli və unudulmaz olacaq.

Metbuat.az xəbər verir ki, həmin bürcləri gözəl xəbərlər, sürpriz mesajlar və ürəkaçan hadisələr gözləyir.

Qoç (21 mart – 20 aprel)
Bu günlərdə həyat sizə yeni qapılar açacaq. İş axtaran Qoçlar üçün təklif gəlir. Şəxsi həyatınızda da gözəl inkişaflar ola bilər.

Əkizlər (22 may – 21 iyun)
Bir müddətdir gözlədiyiniz xəbər yaxınlaşır. Qəfil bir zəng və ya məktub sevincinizi ikiqat edəcək. Yeni dostluqlar və barışıq da mümkündür.

Şir (23 iyul – 22 avqust)
Əziyyətiniz qarşılığını tapır. Maddi və ya mənəvi mükafat alacaqsınız. Həyatınızda parlaq bir səhifə açılır – imkanları qaçırmayın.

Tərəzi (23 sentyabr – 22 oktyabr)
Gözləmədiyiniz bir anda xoş xəbər sizi sevindirəcək. Gələn mesajla planlarınız dəqiqləşəcək və sizi motivasiya edəcək.

Dolça (21 yanvar – 18 fevral)
Dolçalar üçün bu dövr sevinc dövrüdür! Ailə içində gözəl hadisə və ya romantik bir görüş sizi gözləyir. Uğurlar arxasınca gələcək.