İyunun 23-də İsrail Müdafiə Qüvvələri ölkənin müxtəlif bölgələrində İranın 6 aerodromuna hücum edib.

Metbuat.az xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

"İranın hava üstünlüyünü gücləndirmək səyləri çərçivəsində İsrail Müdafiə Qüvvələri İranın qərb, şərq və mərkəzi bölgələrindəki altı İran aerodromuna hücum edib. Hücumlar nəticəsində uçuş-enmə zolaqları, yeraltı anqarlar, yanacaq dolduran təyyarə, həmçinin F-14, F-5 və An-1 də daxil olmaqla təyyarələrin zədələnib", - məlumatda qeyd olunub.

İsrail ordusunun məlumatına görə, ümumilikdə İranın 15 aviasiya texnikası məhv edilib.