Şəmkirdə 59 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü İntiqam Əsgərov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.