Rusiya təhlükəsizlik orqanlarının əməkdaşları Moskva vilayətində yanacaq-energetika kompleksi obyektlərinin fotolarını Kiyevə ötürən şəxsi cinayət başında yaxalayıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, həmin şəxs Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq etdiyini etiraf edib.

Faktla bağlı cinayət işi açılıb.

Həmin şəxs hazırda həbsdədir.