Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədə yaxın ərazidəki Tavuş vilayətinə gedib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Paşinyanın Tavuşa getməsinin səbəbi 2023-cü ildə həyata keçirilən və hazırda icra olunan proqramlarla tanış olmaqdır.

Paşinyan Tavuşa səfəri zamanı hərbi hissələrə gedən yolların vəziyyətindən narazılığını bildirib.