Bu gün səhər saatlarında Ermənistan-Gürcüstan sərhədində zəlzələ olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar 3 bal gücündə qeydə alınıb.

Zəlzələ Şirak rayonunun Bavra, Saraqyux, Qazançı, Aşotsk və Musayelyan kəndlərində hiss olunub.