Amerikalı aktrisa Şelli Duval vəfat edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 75 yaşlı aktrisa evində yuxuda olarkən, dünyasını dəyişib.

Bildirilib ki, onun ölümünə səbəb şəkərli diabetin ağırlaşması olub.