​Cənubi Koreya gözəlliyinin sehri Chics Cosmetics-də - FOTO

Qayğı sevgidən doğur. Sağlam, parlaq və baxımlı dəriyə sahib olmaq üçün ona qayğı göstərmək şərtdir. Bu baxımdan dəriyə qulluq vasitələri gündəlik rutində önəmli addımlardan biridir.

Ukraynalı gənc işgüzar xanım Marina Lutsenko 2019-cu ildə Cənubi Koreyanın təbii gözəllik vasitələrini bir araya gətirən "Chics Cosmetics" brendini təsis edib. Öncəliyi çeşid bolluğu və keyfiyyət olan Chics Cosmetics üz, bədən, saç baxım və makiyaj məhsulları ilə Cənubi Koreyadan dünyaya səs salan kosmetik brenddir.

Brend Anua, Arencia, Cosrx, Medi Peel, Tocobo kimi dünyaca məşhur markalarla çalışır. Chics Cosmetics "Medi Peel" brendinin Ukraynadakı rəsmi distributorudur. Bu sahədə ən son yeniliklərdən ilhamlanan işgüzar xanım öz kolleksiyasında dəri problemləri, nəmləndirmə, sızanaqla mübarizə, qocalma əleyhinə və ya dərinin aydınlanması üçün unikal seçimlər təqdim edir. Chics Cosmetics gündəlik qulluq rutininizi əsl zövqə çevirməyin mükəmməl həll yolunu təklif edir. Təbii inqrediyentlərdən hazırlanmış məhsullar zərər vermədən dərinin vəziyyətini yaxşılaşdırır.

Dünya markası olmaq yolunda irəliləyən Chics Cosmetics-in YouTube, TikTok və Instagram sosial şəbəkələrində geniş izləyici kütləsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR