Cənubi Kaliforniya dağlarında helikopter qəzaya uğrayıb.

Metbuat.az BBC-yə istinadla xəbər verir ki, hadisə nəticəsində ABŞ-dən olan beş dəniz piyadası itkin düşüb.

Məlumata görə, təyinat yerindən təqribən 72 km aralıda qəzaya düşən helikopterdə itən 5 nəfərin taleyi hələ də məlum deyil. Bölgənin soyuq və qarlı olması axtarış işlərinə mane olur.Qeyd edək ki, belə bir qəza 2018-ci ildə də baş verib.

Həmin vaxt hadisə nəticəsində dörd əsgər həlak olub.