Türkiyə Qəzzada tibbi xidmətlərin göstərilməyi üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə (ÜST) danışıqlar aparır.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, Türkiyə Qəzza xəstəxanasına edilən hücumdan zərərçəkənlərə dəstək vermək üçün hazırdır.