Zaqatalada itkin düşən yerli turistlərin adları məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Metbuat.az-a bildirib ki, onlar Bakı şəhər sakinləri Əli Əlizadə və Əbdül Rzayevdir.

Onların olduqları yer artıq müəyyən olunub.

Hazırda həmin şəxslərin təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.