Dünyaca məşhur rəssam Pablo Pikassonun “Qadın büstü” əsəri 3,4 milyon avroya satılıb.

Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, əsər Almaniyanın Köln şəhərində keçirilən hərracda alınıb. Əsərin dəyəri isə 1,5-2,5 milyon avro arasında olub.

Qeyd edək ki, Pablo Pikasso bu tablonu 1971-ci ildə çəkib.