Bürclər
Əqrəb
24 Oktyabr - 22 Noyabr
24 Oktyabr - 22 Noyabr
Yüksələn bürc proqnozu
İnadkar, bildiyini heç kəsə verməyən, dözümlü və istədiyini ən sonunda əldə edən birisiniz. Bəzən sizin üçün rənglər ya ağ ya da qaradır ! Qısqanc, hətta kindarsınız. Hədəfiniz hər şeydə dərinləşmək və sonunda zirvəyə çatmaqdır. Amma hər şey olsa olar deyə qəbul edilə bilməz, o da başqa təbii! Siz başqalarının görə bilmədiyi çox fərqli və gizli nöqtələri görə bilirsiniz. Bunları bir-biri ilə uyğunlaşdırıb başqa ölçülər əldə edə bilirsiniz. Analiz etmək, araşdırmaq sizi fərqli nöqtələrə daşıyacaqdır. Əsla əlindəki ilə kifayətlənməyən biri olarsınız. Hansı mövzunu və hansı sahəni seçsəniz seçin sonunda müvəffəqiyyətli olacaqsınız. Onsuz da müvəffəqiyyətli olmaq istəyi sizdə tam bir ehtiras qasırğası şəklindədir. Ancaq, bu qasırğa tərs dönüb sizə də zərər verə bilər! Kimsənin sizi keçməsinə icazə verməzsiniz. Zirvədə qalmaq sizin üçün çox əhəmiyyətlidir. Sizinlə keçinmək çətindir. Məmnun edilməyiniz çox çətindir. Mütləq bir yerdən bir narahatlıq çıxardacaq bir şey taparsınız. Bu da bəzən məntiqli bəzən də məntiqsiz olacaqdır. Sizə edilən pislikləri əsla unutmazsınız. Bunu da ancaq qisas aldıqdan sonra bağışlayarsınız! Ümumiyyətlə başqalarından qisas almaq duyğusu hakim olduğundan uzun vədədə haqsızlıq etdiyiniz bir şey sonunda sizə zərər verə bilər. Əqrəbin qaçacaq dəlik tapa bilməyincə öz iynəsi ilə özünü zəhərləməyi kimi zərəri siz çəkə bilərsiniz. İnsanlar sizi çox yaxşı bir dost amma o qədər də qəddar bir düşmən olaraq qəbul etməlidirlər. Sevdiyiniz insanların ehtiyaclarını onlardan daha çox düşünərsiniz. Son dərəcə bağlı və sadiq bir dost ola bilərsiniz. Lakin əsəbləşdiyiniz zaman da zalım bir düşmən ola bilərsiniz. Gizlilik, təmkinlilik və dayanıqlılıq əhəmiyyətli xüsusi cəhətlərinizdir. Özünüzü saxlayarsınız amma başqalarının hər şeyi ilə maraqlanarsınız. Çox danışmayan, daha çox dinləyən və üzündə soyuq ifadə olan biri olarsınız. Kimsənin boyunduruğu altına girməyən birisiniz. Əqrəb seks bürcüdür deyirlər. Sizin də seks meyliniz gözlə görüləcək şəkildə olacaqdır. Son dərəcə cazibədar, sirrli və erotik birisiniz. Amma qısqanclıq ölçülərinə baxsaq sevdiyinə boyunduruq keçirən bir təbiətiniz var. Səbəbsiz şeylər üçün onu asanca günahlandırarsınız. Gizli işlər planlamaq, sirrli şeyləri deşmək və araşdırmaq, mistik mövzularla maraqlanmaq və hisslərin gücündən faydalanmaq sizin işinizdir. Az danışmağı bacaran təbiətiniz gizli işlər planlamaqda sizi müvəffəqiyyətli edəcəkdir. Hər halda, sizinlə dolanmaq çox çətindir. Çox güclü olub digər insanları idarə edərsiniz. İplər həmişə sizin əlinizdədir və onlara aman verməzsiniz. Bunu açıq şəkildə edəcək gücü olmayan bir Əqrəb Yüksələn isə işini gizlicə yerinə yetirəcəkdir. Sizin bədəniniz orta və ya bir az daha uzun ola bilər və sümüklüdür. Güclü və formalı bir struktura malikdir. Şirin və təsirli gözləriniz vardır. Qaşlarınız və gözləriniz diqqət çəkər. Xüsusilə baxışlarınız dərin və təsir edicidir. Üzünüz ümumiyyətlə uzun vəya enlidir. Qollar və qıçlar da çox güclüdürlər və əzələli strukturları vardır. Qulaqlarınız başınıza yapışıq, boynunuz orta uzunluqda və qalındır.
Son xəbərlər »
Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlandı
17 May 2024
03:15
“Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir” -
17 May 2024
01:15
Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi oldu
17 May 2024
00:42
Qadınlar niyə boşanmağa can atırlar? -
17 May 2024
00:04
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024
23:55
Kirayə götürdüyü evi 3 nəfərə satan fırıldaqçı maklerdən açıqlama -
16 May 2024
23:25
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşdü
16 May 2024
22:52
Taksilərdə minimum gediş haqqı iki dəfə bahalaşacaq -
16 May 2024
22:31
“Anadolu Ankası - 2024” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
16 May 2024
22:28
“Kurtlar vadisi”nin məşhur aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir -
16 May 2024
21:51