İdman

UEFA Canni İnfantinonun yerinə onu gətirmək istəyir

Metbuat.az

UEFA FIFA prezidenti Canni İnfantinonun mümkün varisi ilə bağlı hazırlıqlara başlayıb.

Metbuat.az xbər verir ki, barədə "The Telegraph" qəzeti məlumat yayıb.

Məlumata görə, UEFA FIFA prezidenti postuna namizədlər axtarır. Potensial namizədlər arasında Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasının (CONCACAF) prezidenti, kanadalı Viktor Montagliani, eləcə də Asiya Futbol Konfederasiyasının (AFC) prezidenti şeyx Salman bin İbrahim Əl-Xəlifənin adları çəkilir.

Qəzetin yazdığına görə, UEFA hazırda Avropadan heç bir namizəd üzərində dayanmayıb. Bunun əvəzində qurumun diqqəti digər qitələri təmsil edən futbol funksionerlərinə yönəlib.