İdman
Tunar Həsənov dünya çempionatının 1/4 finalında məğlub oldu
Azərbaycan sərbəst güləşçisi Tunar Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının 1/4 finalında məğlub olub.
Metbuat.az xəbər verir ki, 45 kq çəki dərəcəsində yarışan idmançı gürcüstanlı Luka Dotiaşviliyə 4:5 hesabı ilə uduzub.
T.Həsənov 1/8 finalda bolqarıstanlı Radoslav Velikovu 4:1 hesabı ilə üstələmişdi.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.