İdman
Tanınmış məşqçi vəzifəsindən göndərildi
İngiltərənin “Nyukasl” klubu baş məşqçi Eddi Hou ilə yollarını ayırıb.
Metbuat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, 48 yaşlı mütəxəssisin yerinə Almaniya təmsilçisi “Bayern”in sabiq çalışdırıcısı Mattias Yayssle gətiriləcək. Jurnalist Fabritsio Romanonun yazdığına görə, tərəflər arasında razılıq əldə olunub.
Qeyd edək ki, Eddi Hou 2021-ci ilin noyabrından “Nyukasl”a rəhbərlik edirdi. Onun baş məşqçiliyi dövründə komanda 2024/25 mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub. “Nyukasl” ötən mövsüm Premyer Liqada 12-ci sırada qərarlaşıb.