Hadisə
Sumqayıtda usta köməkçisi damdan yıxılaraq öldü
Sumqayıtda bədbəxt hadisə baş verib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən MMC-lərdən birində 2007-ci il təvəllüdlü İsmayılzadə Elnur Vidadi oğlu usta köməkçisi işlədiyi müəssisədə iş görərkən damdan yıxılıb.
Ağır xəsarətlər alan 19 yaşlı gənc xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.