Dünya
Kanadada meşə yanğınları:
22 minə sakin təxliyə edildi
Kanadada genişmiqyaslı meşə yanğınları səbəbindən 22 minə yaxın insan təhlükəli ərazilərdən təxliyə olunub.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin qərbində, xüsusilə Britaniya Kolumbiyası əyalətində vəziyyət daha ciddi olaraq qalır. Burada 10 min hektardan çox ərazi yanğınların təsirinə məruz qalıb və fövqəladə vəziyyət elan edilib.
Əyalətdə hazırda 105 aktiv yanğın ocağının olduğu bildirilir. Təxliyə əməliyyatlarına helikopterlər də cəlb olunub.