Dünya
Hörmüzlə bağlı yeni layihənin detalları
İran və Oman danışıqlarında Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşma layihəsinin yekunlaşdırıldığı bildirilir.
Metbuat.az xəbər verir ki, bu barədə “Associated Press” adı açıqlanmayan regional rəsmilərə istinadən məlumat yayıb. Rəsmilərin sözlərinə görə, sənəd hazırda İranın Ali Lideri Müctəba Xameneinin təsdiqini gözləyir. Məlumata görə, razılaşma ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı yaranmış mübahisənin müvəqqəti həllini nəzərdə tutur. Sənədin eyni zamanda Vaşinqton və Tehran arasında danışıqların davam etdirilməsinə imkan yaradacağı qeyd olunur.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla danışıqlarda irəliləyiş olduğunu və Hörmüz boğazının yaxın zamanda yenidən açılacağını açıqlamışdı.