Hadisə

Gəncədə iki avtomobil toqquşdu -

Xəsarət alan var

Metbuat.az

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Fətullah Həsənov küçəsində qeydə alınıb. Belə ki, hərəkət etməkdə olan "Opel" markalı avtomobillə, "Chevrolet" markalı maşın toqquşub.

Qəza zamanı 1986-cı il təvəllüdlü Ramal Verdiyev xəsarət alıb, maşınlara isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma başlanılıb.