Hadisə

Bakıda baş verən yanğın söndürüldü -

FOTO / YENİLƏNİB

Metbuat.az

Bakının Xətai rayonunda qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələrinin operativ müdaxiləsi nəticəsində qısa müddətdə söndürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Dövlət Yanğından Mühafizə Xidmətinin operativ tədbirləri nəticəsində Orxan İsmayılov küçəsindəki yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

16:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.