Dünya

Avropa ölkəsində güclü zəlzələ oldu

Metbuat.az

İtaliyanın Neapol şəhərində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Metbuataz xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Flegrean ərazisində 3 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar nəticəsində Neapolun bəzi məhəllələrində elektrik enerjisi kəsilib, qatarların hərəkəti müvəqqəti dayandırılıb.

İlkin məlumata əsasən, ölən və yaralanan yoxdur. Bəzi tikililərə ziyan dəydiyi ehtimal edilir, ərazidə mütəxəssislər tərəfindən araşdırmalar aparılır.