İdman

“Zirə” Estoniya klubuna uduzub -

YENİLƏNDİ 2

Metbuat.az

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Pyarnu şəhərində “Payde” (Estoniya) və “Zirə” komandaları arasında ilk oyun başa çatıb.

Metbuat.az xəbər verir ki, “Rannastadion”da keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 89-cu dəqiqədə Pa Abdu Çam vurub.

Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra Sumqayıtda keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Santa Koloma" (Andorra) - "Rapid" (Vyana, Avstriya) duelinin güclüsü ilə qarşılaşacaq.

21.37

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Payde" (Estoniya) - "Zirə" oyununda ikinci hissəyə start verilib.

Metbuat.az xəbər verir ki, Pyarnu şəhərindəki "Rannastaadion"da keçirilən qarşılaşmada hesab açılmayıb.

Görüşü moldovalı referi Roman Jitari idarə edir.

Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-da baş tutacaq.

20.19

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Payde" (Estoniya) - "Zirə" oyunu başlayıb.

Metbuat.az xəbər verir ki, qarşılaşma Pyarnu şəhərindəki "Rannastaadion"da keçirilir.

Görüşü moldovalı referi Roman Jitari idarə edir və cavab qarşılaşması iyulun 30-da baş tutacaq.