İdman

Zidan bu komandanı çalışdıracaq

Metbuat.az

"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan Fransa milli komandasına rəhbərlik edəcək.

Metbuat.az xəbər verir ki, hazırkı baş məşqçi Didye Deşam vəzifəsindən ayrılmaq üzrədir. Fransa mətbuatının məlumatına görə, Fransa Futbol Federasiyası ilə Zidan arasında rəsmi müqavilə Dünya Kubokundan sonra imzalanacaq. Məlumata görə, əfsanəvi mütəxəssis son aylarda aldığı təklifləri qəbul etməyib və Fransa millisinə rəhbərlik etməyi gözləyib.

Qeyd edək ki, Zinəddin Zidan sonuncu dəfə 2021-ci ildə "Real Madrid"dən ayrıldıqdan sonra heç bir komandada çalışmayıb.