Dünya

Zelenski sülh danışıqlarını müzakirə edib -

"Axios"

Metbuat.az

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıblar.

Metbuat.az xəbər verir ki, bu barədə Axios nəşrinin jurnalisti Barak Ravid mənbəyə istinadən məlumat verib.

Məlumata görə, tərəflər Ukraynada hərbi əməliyyatların dayandırılması məqsədilə diplomatik səylərin yenidən başlanması imkanlarını müzakirə ediblər.

Mənbənin sözlərinə görə, telefon danışığında münaqişənin siyasi-diplomatik yollarla həlli istiqamətində mümkün təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.