Dünya
Yaponiyada 300 minə yaxın şəxs təxliyə ediləcək
Yaponiyanın cənubundakı Kyuşu adasında baş verən güclü zəlzələdən sonra 300 minə yaxın insanın təxliyəsi planlaşdırılır.
Metbuat.az xəbər verir ki, məlumata görə, zəlzələnin baş verdiyi ərazidə afterşoklar davam etdiyindən sakinlərin təxliyə mərkəzlərinə köçürülməsi nəzərdə tutulur. Xilasetmə əməliyyatlarının aparılması üçün bölgəyə yüzlərlə hərbçi cəlb edilib.
Xatırladaq ki, iyulun 28-də Kyuşu adasının Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar dağıntılara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub. Hadisədən sonra sunami xəbərdarlığı elan edilsə də, sonradan ləğv olunub.
İlkin məlumata əsasən, zəlzələ nəticəsində azı bir nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.