Dünya

Xameneinin qayınatası: "O heç kimlə əlaqə saxlamır"

Metbuat.az

İranın ali dini lideri Əli Xameneinin qayınatası Qulaməli Həddad Adil İranlı Tələbələr Xəbər Agentliyinə (ILNA) açıqlama verib.

Metbuat.az xəbər verir ki,Adil bildirib ki, Xamenei bəzi səbəblərə görə hazırda heç bir şəxs və ya qurumla əlaqə saxlamır.

O, həmçinin İran liderinin xarakter baxımından atasına çox bənzədiyini qeyd edib.

Xameneinin səhhəti ilə bağlı yaranan suallara münasibət bildirən Adil, "İnşallah səhhəti yerindədir", - deyə bildirib.