Türkiyə klubu “Bayern”in qapıçısını alır
“Beşiktaş” yay transfer mövsümündə qapıçı mövqeyini gücləndirmək üçün əsas hədəf kimi Almaniya millisinin və “Bayern”in qapıçısı Aleksandr Nübeli müəyyənləşdirib.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı qolkiperlə ilkin danışıqlarda mühüm irəliləyiş əldə edib. Lakin transferin qarşısındakı əsas maneə “Bayern Münhen”in tələb etdiyi transfer haqqıdır.
Məlumata görə, ötən mövsümü icarə əsasında “Ştutqart”da keçirən və daha sonra “Bayern”ə qayıdan Nübel Almaniya millisinin turnirdən erkən ayrılmasından sonra gələcəyi ilə bağlı qərar verməyə hazırlaşır. “Beşiktaş” rəhbərliyi isə bu prosesi yaxından izləyir və futbolçudan “Bayern”lə aparılacaq transfer danışıqlarında fəal iştirak etməsini istəyib.
Bildirilir ki, Almaniya klubu təxminən 20 milyon avro məbləğində qiymətləndirdiyi transfer haqqını aşağı salacağı təqdirdə, tərəflər arasında razılaşma qısa müddətdə rəsmiləşə bilər.
Boyu 1,93 metr olan Aleksandr Nübelin “Bayern Münhen”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər qüvvədədir.