Dünya

Trampdan İrana xəbərdarlıq

Metbuat.az

ABŞ prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların yenidən gündəmə gələ biləcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Tramp bu barədə İsrailin 12-ci kanalına açıqlamasında danışıb. O bildirib ki, vasitəçi ölkələr üzərindən İranla aparılan danışıqlar nəticə verməsə, ABŞ çox güclü hərbi əməliyyatlara qayıda bilər. Trampın sözlərinə görə, ABŞ İrana qarşı hücumları dayandıraraq diplomatiyaya daha bir şans vermək qərarına gəlib. O qeyd edib ki, vasitəçi ölkələrdən İranla danışıqlara yenidən cəhd etmələrini istəyib və atəşkəs qərarının verilməsini də bununla əlaqələndirib.

İranla aparılan danışıqlara toxunan Tramp bildirib ki, hazırda tərəflər arasında müzakirələr davam edir.