Dünya

Trampdan İrana xəbərdarlıq

Metbuat.az

ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazında mümkün hücumlarla bağlı xəbərdar edib.

Metbuat.az xəbər verir ki, Trampın sözlərinə görə, İran Hörmüz boğazında hər hansı gəmiyə raket, pilotsuz uçuş aparatı və ya digər silahla hücum edərsə, ABŞ buna dərhal cavab verəcək. Tramp sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, cavab tədbirləri çərçivəsində Tehrandakı strateji obyektlər, o cümlədən körpülər, elektrik stansiyaları və hərbi gəmilər hədəfə alına bilər.

ABŞ Prezidenti paylaşımının sonunda "Bu məsələyə marağınız üçün təşəkkür edirəm!" ifadəsini də yazıb.