Dünya
"Rusiyada yanacaq bazarındakı problemlər müvəqqətidir" -
Putin
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ölkə iqtisadiyyatı və əsas sahələr sabitliyini qoruyur.
Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, yanacaq-energetika sektorunda vəziyyəti pozmağa yönəlmiş xarici cəhdlərə baxmayaraq, iqtisadiyyat dayanıqlıdır.
Putin qeyd edib ki, yanacaq bazarında yaranan problemlər müvəqqəti xarakter daşıyır və ölkənin ümumi iqtisadi artımına ciddi təsir göstərməyəcək.
O əlavə edib ki, Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, may ayında ölkənin ümumi daxili məhsulu (ÜDM) 0,3 %, ilin ilk beş ayında isə 0,2 % artıb.
Prezidentin sözlərinə görə, iqtisadi artımın əsas səbəblərindən biri dövlət, biznes və əhalinin yaratdığı daxili tələbatdır.