Ronaldo Dünya Kuboku ilə göz yaşları içində vidalaşdı
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Dünya Kubokundakı son oyunundan sonra göz yaşlarına hakim ola bilməyib.
Metbuat.az xəbər verir ki, Portuqaliya İspaniyaya 0:1 hesabı ilə uduzaraq Dünya Kuboku ilə vidalaşıb. Qarşılaşmadan sonra Kriştiano Ronaldo göz yaşlarını saxlaya bilməyib və bununla da onun Dünya Kuboku karyerası başa çatıb.
Ronaldo Portuqaliya millisinin heyətində Dünya Kubokunda 27-ci və son oyununa çıxıb. O, mundial tarixində altı fərqli turnirdə qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Təcrübəli hücumçu həmçinin Dünya Kuboku və Avropa çempionatlarında ümumilikdə 25 qol həddini keçən ilk futbolçu olub.
Xorvatiya ilə görüşdə vurduğu qolla Dünya Kubokunun pley-off mərhələlərində qol vuran ən yaşlı futbolçu rekordunu da qıran Ronaldo daha əvvəl 2026-cı il Dünya Kubokunun karyerasındakı son mundial olacağını açıqlamışdı.
Qeyd edək ki, Portuqaliya millisinin baş məşqçisi Roberto Martines də İspaniyaya məğlubiyyətdən sonra vəzifəsindən ayrıldığını bəyan edib.