Qəhvənin yeni faydaları üzə çıxdı
Qəhvə ilə bağlı yeni araşdırma onun ürək sağlamlığına təsiri barədə mühüm nəticələri üzə çıxarıb.
Metbuat.az xəbər verir ki, Amerika Ürək Assosiasiyasının elmi hesabatına əsasən, gündə beş fincana qədər filtr qəhvəsi içmək insult, 2-ci tip diabet və ürək çatışmazlığı riskini azalda bilər.
Mütəxəssislər bildiriblər ki, bu müsbət təsir əsasən kağız filtrdə dəmlənən və ya həll olunan qəhvələrə aiddir. Fransız pressi, espresso və türk qəhvəsi kimi süzülməyən qəhvələrdə olan kafestol maddəsi isə “pis” xolesterinin səviyyəsini artıra bilər.
Hesabatda həmçinin qeyd olunub ki, enerji içkiləri və yüksək dozalı kofein məhsulları ürək ritmində pozğunluq və təzyiqin yüksəlməsi kimi ciddi sağlamlıq riskləri yarada bilər.
Mütəxəssislər vurğulayıblar ki, kofeinə dözümlülük insandan insana dəyişdiyi üçün ürək və xroniki xəstəlikləri olan şəxslər gündəlik kofein qəbulunu həkimlə məsləhətləşərək müəyyənləşdirməlidirlər.