İdman
“Qalatasaray” "Real"ın bu iki ulduzunu istəyir
“Qalatasaray”ın transfer gündəmində olan Brahim Diasla bağlı yeni iddia ortaya çıxıb.
Metbuat.az xəbər verir ki, “Real Madrid”də Yan Diomandenin mümkün transferi bir sıra dəyişikliklərə səbəb ola bilər. “AS”ın məlumatına görə, “Qalatasaray” uzun müddətdir Brahim Diasın transferi ilə maraqlanır və futbolçunun yaxın ətrafı ilə danışıqlar aparıb. Məlumata görə, Diomandenin gəlişindən sonra Diasın "Real"dakı mövqeyinin zəifləyəcəyi gözlənilir. Bu səbəbdən mərakeşli futbolçunun yayda “Real Madrid”dən ayrılması ehtimalı gündəmdədir.
“Qalatasaray”ın diqqətində olan digər “Real Madrid” futbolçusu Eduardo Kamavinqanın da Mourinyonun planlarında yer almadığı iddia edilir.