İdman

​"Qalatasaray"ın ulduzu başqa ölkənin millisini seçdi

Metbuat.az

İstanbulun "Qalatasaray" klubunun 23 yaşlı sol cinah müdafiəçisi Kazımcan Karataş karyerası ilə bağlı gözlənilməz qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, gənc futbolçu bundan sonra Türkiyə yığmasının deyil, Şimali Makedoniyanın uğurları üçün tər tökəcək.

Məlumata görə, Türkiyənin milli komandasına dəvət olunmayan futbolçu Şimali Makedoniya yığmasından gələn təklifi müsbət dəyərləndirərək bu ölkənin formasını geyinməyə razılıq verib.

Karyerasının əvvəlki illərində Türkiyənin U-17, U-19 və U-21 gənclər yığmalarında uğurla çıxış edən və ay-ulduzlu formanı qürurla daşıyan müdafiəçinin bu addımı idman ictimaiyyətində böyük rezonans doğurub. Şimali Makedoniya tərəfi isə Kazımcanın bu qərarını sevinclə qarşılayıb.

Gənc oyunçunun yaxın vaxtlarda yeni komandasının düşərgəsinə qoşularaq rəsmi matçlarda debüt edəcəyi gözlənilir.