İdman

“Qalatasaray”dan ayrılan İkardi bu kluba keçir

Metbuat.az

“Qalatasaray”la yollarını ayıran argentinalı ulduz Mauro İkardinin karyerasını davam etdirəcəyi yeni komanda ilə bağlı iddialar gündəmə gəlib. 33 yaşlı futbolçunun yenidən İtaliya A Seriyasında çıxış etməyə hazırlaşdığı bildirilir.

Metbuat.az xəbər verir ki, İtaliya mətbuatının yaydığı məlumata görə, təcrübəli forvardın transferi üçün ən ciddi addımı A Seriyasının “Komo” klubu atıb. Vaxtilə “İnter”in heyətində uğurlu çıxışı ilə yadda qalan İkardinin İtaliyaya qayıtmağa müsbət yanaşdığı, tərəflər arasında aparılan danışıqların isə son mərhələyə çatdığı qeyd olunur.

Futbolçunun meneceri də gələn təkliflərin dəyərləndirildiyini təsdiqləyib. Bildirilir ki, yekun qərar yaxın günlərdə veriləcək və İkardi yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.

Argentinalı hücumçunun gözlənilməz seçim etməsi futbol ictimaiyyətində və azarkeşlər arasında geniş müzakirələrə səbəb olub.