Dünya

Pambıqdan yüngül planet kəşf edildi

Metbuat.az

Astronomlar Yerdən 1110 işıq ili uzaqlıqda yerləşən ulduzun ətrafında iki nəhəng ekzoplanet kəşf ediblər.

Metbuat.az xəbər verir ki, bu planetlərin qeyri-adiliyi çəksi ilə bağlıdır. Məlumata görə, planetlərin ölçüləri nəhəng olsa da, sıxlıqları pambıq konfetdən (şəkər pambığından) daha yüngüldür. Bildirilir ki, onlar sıxlıq göstəricilərinə görə kosmosun ən "yüngülçəkili" nəhəngləri hesab olunurlar. WASP-193b adı verilən bu qeyri-adi göy cisimləri astronomiya dünyasında marağa səbəb olub. Planetlərin ölçüsü demək olar ki, Günəş sistemindəki Yupiterdən daha böyükdür. Lakin onların kütləsi Yupiterin kütləsinin cəmi onda biri qədər fərqlənir.

İlkin təxminlərə görə, bu planetlər əsasən hidrogen və helium qazlarından ibarət olan nəhəng bir duman buludunu xatırladır. Onların öz ulduzlarına çox yaxın məsafədə fırlanması atmosferlərinin həddindən artıq qızmasına və şişməsinə səbəb olur.