Hadisə
Oğuzda yanğın törədən şəxs saxlanıldı
Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Oğuz rayonunun Qarabulaq kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının rayon sakini R.Əhmədov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.