İdman

Messi daha bir rekorda imza atdı

Metbuat.az

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatında növbəti rekorda imza atıb.

Metbuat.az xəbər verir ki, 39 yaşlı hücumçu turnirdə vurduğu 8 qolla Kilian Mbappe ilə birlikdə ilk pilləni bölüşür.

Messi eyni zamanda dünya çempionatları tarixində ən çox qol vuran futbolçu rekordunu da yeniləyib. O, mundiallarda keçirdiyi 28 oyunda 18 dəfə fərqlənib. Bu göstəricidə onu 16 qolla Miroslav Kloze və Kilian Mbappe, 15 qolla isə braziliyalı Ronaldo izləyir.

Argentina millisinin lideri həmçinin dünya çempionatında ardıcıl altı oyunda qol vurmaq rekordunu təkrarlayıb. Bu uğura daha əvvəl yalnız Jüst Fonten və Jairzinyo nail olmuşdu.