İdman
Maaşını qaldırdılar, “Qalatasaray”a keçməkdən imtina etdi
Adı İstanbulun “Qalatasaray” klubunun transfer siyahısında olan portuqaliyalı futbol ulduzu Bruno Fernandesin taleyinə aydınlıq gəlib.
Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını doğma klubda davam etdirməyə qərar verib.
Buna səbəb “Mançester Yunayted”in Fernandesə yeni müqavilə təklif etməsi olub. Tərəflər arasında əldə olunan razılığa görə, yarımmüdafiəçi gələn mövsumdən etibarən həftədə 400 min sterlinq (təxminən 900 min manat) maaş alacaq. Bu, İngiltərə klubunun tarixində bir futbolçuya ödənilən ən yüksək məvacib sayılır.
Qeyd edək ki, Bruno Fernandes ötən mövsüm “Mançester Yunayted” forması ilə 37 rəsmi matça çıxıb. O, 9 qol vurub və 22 məhsuldar ötürmə verib.