İdman
Leaodan "Fənərbaxça" və "Qalatasaray"a mesaj
"Fənərbaxça" və "Qalatasaray"la adı hallanan “Milan”ın futbolçusu Rafael Leao transfer şayiələrinə münasibət bildirib.
Metbuat.az xəbər verir ki, portuqaliyalı futbolçu gələcəyi ilə bağlı yekun qərar vermədiyini deyib. O, "Milan"ın karyerasında mühüm rol oynadığını vurğulasa da, gələcəkdə yeni mərhələyə keçid ehtimalını da istisna etməyib. "Həyatda başqa məqsədlərimiz də var. Əgər belə bir imkan yaranarsa, variantları dəyərləndirəcəyəm. Amma hazırda mən hələ də "Milan"ın futbolçusuyam", - deyə Leao bildirib.
Qeyd edək ki, 27 yaşlı hücumçunun "Milan"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.