İdman

Klubda qaldı, maaşı artdı -

FOTO

Metbuat.az

“Qalatasaray”da gələcəyi uzun müddətdir müzakirə mövzusu olan Mario Lemina ilə bağlı gözlənilən qərar verilib. Qabonlu yarımmüdafiəçinin komandada qalıb-qalmayacağı məlum olub.

Metbuat.az xəbər verir ki, ötən mövsüm nümayiş etdirdiyi performansla komandanın əvəzolunmaz simasına çevrilən Lemina üçün baş məşqçi Okan Buruk müsbət rəy verib. Təcrübəli mütəxəssisin hesabatından sonra hərəkətə keçən sarı-qırmızılı rəhbərlik futbolçu ilə maaş mövzusunda ortaq məxrəcə gəlib.

Klub rəhbərliyinin 31 yaşındakı yarımmüdafiəçinin illik maaşını artırdığı açıqlanıb. Tərəflər 2 illik yeni sözleşmə imzalamağa hazırlaşır. Yeni müqaviləyə əsasən, Leminanın illik məvacibi 3,5 milyon vvro olacaq.

“Qalatasaray”ın orta sahəsindəki oyun yükünü çəkən ulduz futbolçunun yeni mövsümdə də çempionluq yolunda komandanın ən mühüm silahlarından biri olması gözlənilir.