İdman

Kloppun yeni komandası açıqlandı

Metbuat.az

Yürgen Klopp Almaniya milli komandasının baş məşqçisi olacaq.

Metbuat.az xəbər verir ki, "Liverpul"dan ayrıldıqdan sonra məşqçiliyə fasilə verən alman mütəxəssisin yenidən fəaliyyətə başlayacağı iddia edilir. İnsayder Fabrizio Romanonun məlumatına görə, Almaniya Futbol Federasiyası Yürgen Kloppa təklif göndərib və 59 yaşlı mütəxəssis bu təklifi qəbul edib.

Qeyd edək ki, Almaniya millisi 2026-cı il Dünya Kubokunun 1/16 finalında Paraqvaya penaltilər seriyasında uduzmasının ardından Julian Naqelsmann vəzifəsindən göndərilib.