Hadisə

Kəlbəcərdə çaya düşən uşağın meyiti tapıldı

Metbuat.az

Kəlbəcərin Çəpli kəndində çaya düşən 11 yaşlı uşağın meyiti tapılıb.

Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Yaqub Zabil oğlu Abutalıbovun cansız bədəni dalğıc-xilasedicilər tərəfindən aşkar edilib.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma başlanılıb.