İdman

“Karvan”dan ayrılıb bu kluba keçir -

ÖZƏL

Metbuat.az

“Karvan-Yevlax”la müqaviləsi başa çatan İbrahim Qədirzadə karyerasını başqa klubda davam etdirməyə yaxındır.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, “Xankəndi” klubu futbolçu ilə yaxından maraqlanır.

Hazırda tərəflər arasında danışıqlar davam edir. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, İbrahim Qədirzadə Yevlax təmsilçisinin heyətində 42 oyunda iştirak edib.