İdman

İstedadlı futbolçu qərarını verdi

Metbuat.az

"Barselona" gənc istedad Cessi Bisivunun transferindən əl çəkmir.

Metbuat.az xəbər verir ki, Kataloniya klubu "Brügge"yə göndərdiyi təxminən 9 milyon avroluq ilk təklifin rədd edilməsindən sonra yeni təklif hazırlayır. İnsayder Fabrizio Romanonun məlumatına görə, Belçika təmsilçisi transfer məbləği ilə yanaşı, futbolçunun gələcək satışından yüksək faiz əldə etmək şərtini də irəli sürüb.

18 yaşlı cinah oyunçusunun isə "Barselona"ya keçidə razılıq verdiyi bildirilir. Bisivu uzun müddətdir Kataloniya klubunun skautlarının diqqət mərkəzindədir və klub onu gələcək üçün mühüm investisiya hesab edir. Gənc futbolçunun "Brügge" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.