İdman
İspaniya Avstriyanı məğlub edərək 1/8 finala yüksəldi
2026-cı il futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində İspaniya Avstriya ilə üz-üzə gəlib.
Metbuat.az xəbər verir ki, Los-Anceles stadionunda keçirilən qarşılaşmada İspaniya rəqibini 3:0 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.
İspaniya millisinin heyətində Mikel Oyarzabal 36 və 89-cu dəqiqələrdə dubl edib. Digər qolu isə 66-cı dəqiqədə Pedro Porro vurub.
Beləliklə, İspaniya son 16 mərhələsinə vəsiqə qazanıb. Komanda bu mərhələdə Portuqaliya ilə qarşılaşacaq.