Dünya
İran Ukraynadan təzminat istəyir
Rəsmi Tehran Xəzər dənizində İranın mülki gəmisinin hücuma məruz qalması ilə bağlı Ukraynadan kompensasiya tələb edib.
Metbuat.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu barədə ukraynalı həmkarı Andrey Sibiqa ilə telefon danışığından sonra “X” hesabında paylaşım edib.
Əraqçinin sözlərinə görə, Ukrayna tərəfi hücumun qəsdən həyata keçirilmədiyini bildirib. Buna baxmayaraq, İran xarici işlər naziri ölkəsinin vətəndaşlarına və maraqlarına qarşı istənilən hücumun qəbuledilməz olduğunu vurğulayıb. O qeyd edib ki, Tehran gərginliyin artmasında maraqlı deyil, lakin baş vermiş itkilərə görə təzminat ödənilməsini tələb edir.