İkardinin yerinə o gəlir -
FOTO
Yeni mövsüm üçün transfer hazlrlıqlarını davam etdirən Yürkiyənin “Qalatasaray” klubu hücum xəttini gücləndirmək üçün Fransaya üz tutub.
Metbuat.az xəbər verir ki, argentinalı ulduz Mauro İkardinin komandadan ayrılmasından sonra İstanbul təmsilçisi “Nantes”in hücumçusu Matthis Abline ilə maraqlanır. “Nantes”in liqanı tərk etməsi transferdə “Qalatasaray”ın əlini gücləndirən əsas amillərdən biri sayılır. Avropa səviyyəsində çıxışını davam etdirmək istəyən 23 yaşlı fransız futbolçunun da komandadan ayrılmağa müsbət yanaşdığı bildirilir.
Mərkəz hücumçusu, ikinci forvard və cinahda oynaya bilən Ablinenin “Nantes”lə müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir. O, Fransa klubunun heyətində keçirdiyi 94 rəsmi matçda 24 qol vurub, 10 məhsuldar ötürmə verib.
Tərəflər arasında rəsmi danışıqların yaxın günlərdə başlaması gözlənilir.