Dünya
Hörmüz İran istisna olmaqla, hər kəs üçün açıqdır -
Tramp
Hörmüz boğazı İran istisna olmaqla bütün gəmilər üçün açıqdır.
Metbuat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib. O qeyd edib ki, ABŞ İrana tam blokada tətbiq edəcək. Trampın sözlərinə görə, blokada yalnız İran limanlarına gələn və gedən, eləcə də İranla əlaqəli gəmilərə şamil olunacaq.
Tramp, "Orta Şərq liderləri ilə apardığımız son dərəcə səmərəli görüşlər əsasında qərara aldım ki, müxtəlif Körfəz ölkələrinin ABŞ ilə bağlayacağı ticarət və investisiya sazişləri ABŞ üçün nəzərdə tutulan 20 faizlik geriödəmə rüsumunu (boğazlardan keçid haqqını) əvəz edəcək. Bu investisiyalar çox böyük olacaq, eyni zamanda həmin ölkələr və onların gələcəyi üçün fövqəladə dərəcədə faydalı olacaq", - deyə bildirib.